24 Yanvar 2019
İdman

Kənan Əliquliyev Azərbaycan Kubokuna sahib çıxdı!

29-30 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokunda ikinci yarış günü başlayıb. Körpücük üzərinə ilk olaraq 81 kq çəki dərəcəsində mübarizə aparan kişilər çıxıb.

Kənan Əliquliyev bu çəkidə toplam 290 kq (130+160) nəticə ilə Azərbaycan Kubokuna sahib çıxıb. İkinci yeri toplam 249 kq (111+138) nəticə ilə İsmayıl Baxışov, 3-cü yeri isə 248 kq (118+130) nəticə ilə Həmid Qocayev tutub.

Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayırlar. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Oxşar xəbərlər

“Qarabağ” UEFA reytinqində qabağa düşüb, tanınmış klublara çatdı

admin

Yığmamız Rusiyaya məğlub olub

admin

“Bavariya” “Qarabağ”ı təbrik etdi (FOTO)

admin