Ölkə futbolu

“Kəpəz” qalib gəldi, “Zirə” heç-heçə etdi – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 16-cı tur davam edir.

İdmanxeber.az xəbər verir ki, əvvəlcə “Qəbələ” “Kəpəz”i qəbul edib. Bu oyun qonaqların qələbəsi ilə başa çatıb – 3:0. Bu görüşün ardından “Kəpəz” 13 xalla 9-cu pilləyə yüksəlib. “Qəbələ” isə 11 xalla sonuncu – 10-cu pillədədir.

Digər matçda isə “Zirə” evdə “Araz-Naxçıvan”la qarşılaşıb. Oyun qolsuz bərabərliklə sona çatıb -0:0.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

9 dekabr

15:00.”Qəbələ” – “Kəpəz” 0:3

Qol: Georgi Papunaşvili, 6 (0:1), Adama Nyane, 70 (0:2), Georgi Papunaşvili, 72 (0:3)

Qırmızı vərəqə: Emil Səfərov, 50 (“Qəbələ”)

Qəbələ şəhər stadionu

17:00.”Zirə” – “Araz-Naxçıvan” 0:0

Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43