Kateqoriyasız

“Kəpəz” rəsmisi əməliyyat olundu

“Kəpəz”in idman direktoru Mehman Allahverdiyev əməliyyat olunub.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi mədəsindəki ağrılardan qurtulmaq üçün əməliyyat olunub. 3 gün bundan öncə özəl xəstəxanaların birində əməliyyat olunan Allahverdiyev məhz bu səbəbdən “Kəpəz”lə “Qəbələ” səfərinə yollana bilməmişdi.

Qeyd edək ki, Mehman Allahverdiyev keçən ay Gəncə klubunun idman direktoru təyin olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43