08 Avqust 2022
Ölkə futbolu

“Kəpəz” yeni transferlərini gözləyir – son 48 saat

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Kəpəz” heyətinə 3 legioner futbolçu qatır.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi gürcüstanlı Mate Kvirkviya və Giorgi Kantariya, bir müddət “Səbail”də çıxış etmiş Peyman Keşavarzi ilə güclənir. Gürcüstanlı legionerlər 2 gün sonra komandaya qoşulacaq.

Qeyd edək ki, “Kəpəz” buna kimi Tural Axundov, Elvin Yunuszadə və Kamran İbrahimovla güclənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“İnter”dən ilin ilk transferi: Kosta-Rika millisinin futbolçusu “bankirlər”lə müqavilə bağlayır

admin

Ramin Musayev: “Neftçi” və “Xəzər Lənkəran” qardaş komandadır” – VİDEO

admin

“Qəbələ”dən geridönüş – VİDEO

admin