15 Avqust 2022
Kateqoriyasız

“Kəpəz”in sabiq üzvünün ölümünə səbəb olan qəza – VİDEO

“Kəpəz”in sabiq futbolçusu Şadon Vinçester ötən gün vəfat edib.

 

Sportal.az xəbər verir ki, Trinidad və Tobaqo millisinin üzvü yol qəzasında həyatını itirib. 27 yaşlı vinger ölkəsinin Qasparilyo şəhərində qəzaya düşüb. Onun “Nissan X-trail” maşını işıq dirəyinə çırpılıb və yanmağa başlayıb. Futbolçu ilə yanaşı, maşındakı digər 3 şəxs də vəfat edib.

 

Şadon Vinçester 2017/2018-ci illər mövsümündə icarə əsasında “Kəpəz”də oynamışdı. O, Azərbaycan klubunda 8 oyun keçirmış və qol vurmamışdı. Onun son klubu Finlandiyanın SJK komandası idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ” ÇSKA-ya qalib gəldi – Yenilənib

admin

Mahir Emreli millinin düşərgəsini tərk etdi

admin

Xayme Romero APOEL-ə qarşı oynaya biləcək? – Fotolar

admin