Ölkə futbolu

“Kəpəz” 3 transferi bitirir, 3-ünü isə axtarır…

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha 3 legioner futbolçu ilə güclənəcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu Kərim Lkuc, Lassana Ndiaye və Rocerio Santosla razılaşıb. Tərəflər arasında yaxın günlərdə müqavilə imzalanacaq.

“Sarı-göylər” daha 3 legioner axtarışındadı. Bölgə klubu vinger, yarımmüdafiəçi və hücumçu axtarır.

Transfer siyahısında bir neçə ad olsa da, konkret olaraq onlarla bağlı yekun qərar verilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43