Kateqoriyasız

“Kəpəz” baş məşqçisi ilə müqaviləni uzatdı

“Kəpəz” baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləni uzadıb.

İdmanxeber.az xəbər verir ki, bunu Gəncə təmsilçisinin icraçı direktor İlqar Nadiri klubun rəsmi saytına açıqlamasında deyib. O, 60 yaşlı mütəxəssislə daha bir il müddətinə anlaşdıqlarını söyləyib.

O, baş məşqçinin yeni futbolçularla danışıqlara başlayaraq, heyəti formalaşdırmağa çalışdığını bildirib.

Qeyd edək ki, “Kəpəz” 2020/2021 mövsümündə də Azərbaycan birinci divizionunda mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43