08 Sentyabr 2024
Ölkə futbolu

“Kəpəz” futbolçulara 10 günlük istirahət verdi

“Kəpəz” komandası qış fasiləsinə yollanıb.

İdmanxeber.az-ın məlumata görə, futbolçulara 10 günlük istirahət verilib.

Bəzi legionerlər Yeni il bayramı ilə əlaqədar ölkələrinə yollanıblar. Komanda çempionatın ikinci hissəsinə hazırlıq üçün yanvarın 4-də Gəncədə toplaşacaq.

Qeyd edək ki, “Kəpəz” 18 turdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43