08 Sentyabr 2024
Ölkə futbolu

“Kəpəz” hakimlərdən narazıdır: “Verilən qərarlarla BARIŞmırıq!”

“Kəpəz” Azərbaycan Premyer Liqası 22-ci turu çərçivəsində keçirilən “Səbail” görüşünün hakimliyindən narazı qalıb.

İdmanxeber.az xəbər verir ki, “sarı-göylər” bununla bağlı açıqlama yayıb:

“Səbail” ilə oyunun 44-cü dəqiqəsində qapımıza təyin olunan penalti epizodundan əvvəl künc zərbəsi zamanı rəqib futbolçu Amil Yunanovu arxadan itələsə də, baş hakim Nicat İsmayıllı qayda pozuntusu qeydə almadı. Eyni epizodun davamında Junior Martinsin zərbəsindən sonra top “Səbail”in oyunçusuna toxunaraq meydanı tərk etdi. Laysman topun rəqibdən çıxdığına işarə edərək bayrağını müvafiq istiqamətə yönləndirsə də, baş hakim yenə fərqli qərar qəbul etdi. Və son nəticədə epizodun davamı qapımıza penalti ilə nəticələndi.

48-ci dəqiqədə komandamızın yerinə yetirdiyi künc zərbəsi zamanı rəqib futbolçu Rüfət Abdullazadə cərimə meydançasında hər iki əli ilə topla oynasa da, referi VAR-a ehtiyac duymadı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43