Kateqoriyasız

“Kəpəz” icazəsiz pankarta görə cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, aparılan müzakirələrdən sonra I Divizionun XXI turunda baş verənlərlə bağlı qərarlar qəbul edilib.

“Zirə-2” – “Qarabağ-2” oyununda qonaqların futbolçusu Hüseyn Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

MOİK – “Qaradağ Lökbatan” oyununda meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilib.

MOİK – “Qaradağ Lökbatan” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub.

MOİK klubunun futbolçusu Nurlan Məmmədov ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimələnib.

XXI turun “Zaqatala” – “Qəbələ-2” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 160 manat cərimə olunub.

“Zaqatala” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 400 manat cərimə edilib.

“Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

XXI turun “Şamaxı-2” – “Neftçi-2” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimələnib.

XXI turun “Turan Tovuz” – “Kəpəz” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Kəpəz” klubunun azarkeşləri tərəfindən icazəsiz pankart açıldığına görə klub 160 manat cərimə edilib.

XXI turun “Səbail-2” – “Sumqayıt-2” oyununda meydan sahiblərinin futbolçusu Xəyal Bədirov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Səbail-2” – “Sumqayıt-2” oyununda oyun öncəsi qonaq komandanın nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43