Ölkə futbolu

“Kəpəz” iki futbolçusu ilə yolları ayırdı – RƏSMİ

“Kəpəz” iki futbolçusu ilə yolları ayırıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mate Kvirkviya və Adama Nianenin başa çatan müqaviləsi yenilənməyib.

Yarımmüdafiəçi mövqeyində oynayan Mate son iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub. Adama isə yalnız sonuncu çempionatda “Kəpəz”də çıxış edib.  

Klub xidmətlərinə görə futbolçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43