Kateqoriyasız

“Kəpəz” paytaxt klubunu darmadağın etdi

“Kəpəz” Bakı hazırlığı çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-göylər” “Keşlə-2” komandası ilə qarşılaşıb. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Gəncə klubundan qolları ilk yarıda penaltidən Nodar Məmmədov, fasilədən sonra oyun vəziyyətlərindən Nicat Məmmədov, Əli Səmədov və Elvin Nəsibov vurub.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43