Kateqoriyasız

“Kəpəz” rəhbərliyi Yaşar Vahabzadə ilə görüşdü

Premyer Liqadan sonra 1-ci divizionda da mübarizənin başlaması gündəmdədir.

Bunun üçün ilk növbədə komandalar məşqlərə start verməlidirlər. “Kəpəz” artıq bu istiqamətdə addımlar atmağa başlayıb.

Gəncə klubunun rəhbərliyi və əsas komandanın məşqçilər korpusu klubun ev oyunlarını keçirdiyi şəhər stadionunda bir araya gəlib. Əvvəlcə baş məşqçi Yaşar Vahabzadə və köməkçiləri ilə bir müddət öncə əldə olunan 1 illik razılaşma rəsmiləşdirilib.

Yeni mövsümlə bağlı görüşdə gələcək planlar müzakirə olunub. Transfer çalışmaları, təlim-məşq toplanışının təşkili yönündə fikir mübadiləsi aparılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43