Bu gün Misli Premyer Liqasında XXXIII tura start verilib.
İdmanxeber az-ın məlumatına görə, turun açılış matçında “Kəpəz”lə “Sabah” üz-üzə gəlib. Gəncə şəhər stadionunun ot örtüyündə aparılan yenidənqurma işləri davam etdiyindən, “Kəpəz” rəqibini Qəbələ şəhər stadionunda qəbul edib.
Görüş “Sabah”ın 3:0 hesablı qələbəsi ilə sona çatıb. Bu nəticənin ardından xallarının sayını 77-yə çatdıran paytaxt təmsilçisi bir oyun artıq keçirməklə lider “Qarabağ”la fərqi 4-ə endirib.
“Kəpəz” isə 29 xalla 7-ci pillədə qalıb.
Qeyd edək ki, mayın 6-8-də keçiriləcək turun digər oyunlarında “Şamaxı” “Zirə”ni, “Turan Tovuz” “Neftçi”ni, “Sumqayıt” “Səbail”i, “Qarabağ” isə “Qəbələ”ni qəbul edəcək.
Premyer Liqa
XXXIII tur
5 may (cümə)
18:00. “Kəpəz” – “Sabah” – 0:3
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu