20 Sentyabr 2024
Premyer Liqa

“Kəpəz” “Şamaxı”nı, “Qarabağ” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 7-ci tura start veriləcək.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun gününda iki matç keçiriləcək.

Günün ilk oyunu Tovuzda keçiriləcək. Burada “Kəpəz” “Şamaxı”nı qonaq edəcak.

Günün digər matçında isə son çempion “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə münasibətlərə aydınlıq gətirəcək.

Hər iki matç CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Misli Premyer Liqası, 7-ci tur

20 sentyabr

17:00.“Kəpəz” – “Şamaxı”
Hakimlər: 
Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı

Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

Azərsun Arena

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: 
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov

Tovuz şəhər stadionu

22 sentyabr

18:00. “Səbail” – “Sabah”
Hakimlə
r: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev

ASCO Arena

20:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: 
İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov

Mehdi Hüseynzadə adına stadion


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43