08 Sentyabr 2024
Ölkə futbolu

“Kəpəz” tərəfdaşlıq müqaviləsi imzaladı

Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Kəpəz” Peşəkar Futbol Klubu və “Babir” idman geyimləri markası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Kəpəz” Futbol Akademiyasında təşkil edilən imzalanma mərasimində tərəfdaşlıq müqaviləsini “Kəpəz” PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri və “Babir”in nümayəndəsi Zaur Cəfərov imzalayıblar. Müqaviləyə əsasən, “Babir” brendi “Kəpəz” Futbol Akademiyasını oyun geyimləri ilə təmin edəcək.

Qeyd edək ki, “Babir” futbolçuların performansını artırmaq və onlara ən yüksək səviyyədə rahatlıq təmin etmək üçün peşəkar idman geyimləri istehsal edir. Marka bəbirin gücü, çevikliyi və sürətini futbolçuların meydanda göstərdiyi performansla geyimlərində əks etdirməyə çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43