Kateqoriyasız

“Kəpəz” üçün əlamətdar qələbə

“Kəpəz” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

İdmanxeber.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan Premyer Liqasının XII turunda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Bu, klub tarixinə ölkə çempionatının yüksək dəstəsində əldə olunan 70-ci böyükhesablı ev qələbəsi kimi düşüb. Öz meydanında üç və ya daha çox top fərqi ilə qazanılan qələbə sayında “Kəpəz” yalnız “Neftçi” ilə “Qarabağ”dan geri qalır.

Gəncəlilər bunadək evdəki sonuncu belə qələbəsini 2016-cı il yanvarın 30-da “Qəbələ” ilə görüşdə bayram edib – 3:0.

“Kəpəz”in Gəncədəki ilk böyükhesablı qələbəsi 1992-ci il mayın 11-də “Avey”lə görüşdə qeydə alınıb – 4:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43