22 Sentyabr 2024
Ölkə futbolu

“Kəpəz” yeni transferini açıqladı

“Kəpəz” yeni transfer gerçəkləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi Rauf Hüseynlini heyətinə cəlb edib. 24 yaşlı futbolçu ilə “1+1” illik müqavilə imzalanıb. Hüseynli müdafiəçi mövqeyində çıxış edir. 

Onun son klubu “Qəbələ” olub.

Xatırladaq ki, “Kəpəz” bu yay Elmir Tağıyev,  Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiaye, İlkin Qırtımov, Viktor Braqa və Orxan Əliyevi də heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43