Ölkə futbolu

“Kəpəz” yeni transferlərini gözləyir – son 48 saat

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Kəpəz” heyətinə 3 legioner futbolçu qatır.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi gürcüstanlı Mate Kvirkviya və Giorgi Kantariya, bir müddət “Səbail”də çıxış etmiş Peyman Keşavarzi ilə güclənir. Gürcüstanlı legionerlər 2 gün sonra komandaya qoşulacaq.

Qeyd edək ki, “Kəpəz” buna kimi Tural Axundov, Elvin Yunuszadə və Kamran İbrahimovla güclənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43