28 Sentyabr 2024
Ölkə futbolu

“Kəpəz”dən növbəti transfer həmləsi: Rusiya millisinin sabiq üzvü Gəncəyə gəlir

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisi Rusiyanın U-16, U-19 və U-20 kimi millilərində çıxış etmiş, son olaraq Rusiya 2-ci divizionunda mübarizə aparan Mahaçqalanın “Legion” klubunda oynamış Turqut Mohbaliyevi heyətinə qatmaqda maraqlıdı. Tərəflər arasında baş tutan danışıqlar musbət yekunlaşıb.

İyulun 6-da “Kəpəz”ə qoşulacaq sağ cinah mudafiəçisi baxışdan uğurla keçsə, onunla müqavilə imzalanacaq.

Son klubunda 10 oyunda 1 qol və 1 assist edən Azərbaycan pasportu olan 24 yaşlı oyunçu muəyyən zamanlarda “Spartak”, “Ufa”, “Rotor” kimi klubların ikinci komandasında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43