Kateqoriyasız

“Kəpəz”dən növbəti transfer

“Kəpəz” heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Tural Axundovu transfer edib.

34 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Tural Axundov 2015 – 2017-ci illərdə də “sarı-göylər”də çıxış edib və 2 mövsüm komandanın kapitanı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43