Kateqoriyasız

“Kəpəz”in 1660 günlük həsrəti bitdi

“Kəpəz”in uğursuz seriyaları qırılıb.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, Gəncə təmsilçisi mövsümdə ilk xallarını Azərbaycan Premyer Liqasının 7-ci turunda qazanıb. Qəbələdə keçirilən ev oyununda Tərlan Əhmədovun komandası “Şamaxı” üzərində 2:1 hesablı əzmkar qələbə əldə edib.

Bununla da “Kəpəz”in 8 oyundan ibarət məğlubiyyət seriyası qırılıb. Cari mövsümdə 6 matçda uduzan qərblilər 2017/18 mövsümünün son iki görüşündə də xalsız qalıb. Gəncə təmsilçisi son xalını 2018-ci il mayın 4-də “Sumqayıt”la görüşdə əldə edib – 1:1.

Bununla da “Kəpəz” tarixinin ən uzun məğlubiyyət seriyasının bir addımlığında dayanıb. 2012/13 mövsümündə komanda ardıcıl 9 qarşılaşmadan xalsız ayrılıb.

Gəncəlilər qələbəsizliyə son qoyub. Sonuncu dəfə 2018-ci il martın 3-də öz meydanında “Səbail”i 2:1 hesabı ilə üstələyən qərblilər 16 matçlıq həsrətə 1660 gün sonra son qoyub. Bu müddətdə 4 heç-heçə və 12 məğlubiyyət qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43