Ölkə futbolu

“Kəpəz”in 3 itkisi – “Qarabağ”la oyun öncəsi

“Kəpəz” Misli Premyer Liqasının 21-ci turunda “Qarabağ” ilə ev oyununa itkilərlə çıxacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanın üç futbolçusu Ağdam təmsilçisi ilə görüşdə iştirak edə  bilməyəcək. Müdafiəçi Zamiq Əliyev cəzalıdır. Digər gənc oyunçu, yarımmüdafiəçi Ruslan Süleymanov xəstədir. Hücumçu Salif Sissenin isə zədəsi var.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Kəpəz” – “Qarbağ” oyunu saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43