20 Sentyabr 2024
Ölkə futbolu

Kəpəz”in futbolçusu ciddi zədə aldı

Misli Premyer Liqasında VI tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, “Kəpəz”in “Şamaxı”nı qəbul etdiyi matçda Gəncə klubunun heyətində ciddi itki baş verib. Elmir Tağıyev görüşün 70-ci dəqiqəsində sıradan çıxıb.

Onun zədəsinin ciddi olduğu görünür. Futbolçu meydanı tibbi personalın köməyi ilə tərk edib.

İkinci hissəsi davam edən matçda “Şamaxı” 2:0 hesabı ilə öndədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43