Kateqoriyasız

“Kəpəz”in İdarə Heyətinə sədr seçildi

“Kəpəz” klubunun İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda İdarə Heyətinin yeni tərkibi təsdiqlənib.

Bunadək klubun icraçı direktoru olan İlqar Nadiri sədr, Vasif Qafarov sədr müavini seçilib. Müşfiq Cəfərov, Həmid Nəsirov, Zəfər Məmmədov İdarə Heyətinin üzvləri olublar.

Yığıncaqda əsas komandanın nəticələri müzakirə olunub. İclasda klubun hüquqi ünvanının dəyişdirilməsi haqqında qərar verilib və digər məsələlər müzakirə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43