Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Endre Botka Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra işlətdiyi ifadələrlə bağlı növbəti açıqlamasını verib.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı macarıstanlı sağ cinah müdafiəçisi belə açıqlama ilə gündəmə gəlmək istəmədiyini söyləyib:
“Həmişə öz fikirlərimi səmimi deyirəm. Heç vaxt kimisə incitmək istəmirəm. Nə yaxşı ki, Azərbaycanda “Qarabağ”la oyundakı dumanla bağlı fikirlərimi gündəmə gətirdiniz, çünki o zaman çoxları bunu səhv başa düşmüşdü. Sadəcə, meydana gələn tüstü bizi narahat edirdi. Nəfəs almaq çətin idi. Sonra bir neçə nəfər dedi ki, bu, şəhərdə müşahidə edilən güclü duman ola bilər. Mən ifadələri kortəbii işlədirəm. Şablon cavabları sevmirəm. Yəqin ki, azarkeşlər, oxucular da bunlardan sıxılır. Heç kəsi incitmək istəmirəm”.