Ölkə futbolu

Kalonas: “Simurq” iddialı komandadır”

“Simurq”un yeni transferi Mindauqas Kalonas UEFA-nın rəsmi saytına müsahibə verib.

Litvalı futbolçu müsahibəsində Zaqatala klubundakı hədəflərindən danışıb:

“Simurq”un daha çox qələbə qazanması üçün əlimdən gələni edəcəm. Bu klubdan aldığım təklif üçün onlara təşəkkür edirəm. Bunun qarşılığında bacarığımı ortaya qoyacam. “Simurq” iddialı komandadır. Yeni komandamın hədəfi avrokuboklara vəsiqə qazanmaqdır”.

Qeyd edək ki, Kalonas Topaz Premyer Liqasında 30 oyuna 15 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43