20 Yanvar 2021
Kateqoriyasız

Kamerun millisinin hücumçusu “Keşlə”də

Mövsümün ikinci yarısına hazırlaşan “Keşlə” kamerunlu hücumçu Anatole Abanqı heyətinə qatıb. 24 yaşlı mərkəz forvardı ilə 1 illik müqavilə imzalanıb.

Son olaraq Moldovanın “Şerif” klubunda oynayan Abanq buna qədər Çinin “Nantoq”, ABŞ-ın “Nyu York Red Bulls”, Rumınıyanın “Astra”, Finlandiyanın SJK, Danimarkanın “Hobro” və Kamerunun “Reynbou” klublarında çıxış edib.

Kamerun millisinin heyətində 6 oyun keçirən forvardın aktivində 1 qol və 1 məhsuldar ötürmə var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” – “Səbail”: heyətlər

admin

“Neftçi”nin futbolçusu 100-ə çatdı

admin

Qəbələdə bərabərlik

admin