Müsahibə

Kamil Nurəhmədov: “Bunun da bəxtsizlik olduğunu düşünürəm”

I Divizionunun 19-cu turunda “Mil-Muğan” klubu dogma meydanda “Zaqatala”nı qəbul edib – 0:1.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında Peşəkar Futbol Liqasının layihəsi olan “I divizionda ayın ən yaxşı qolu” nominasiyasında qalib olan “Mil Muğan”ın futbolçusu Kamil Nurəhmədov jurnalistlərin suallarını cavablandırıb.

– Hamınızı İmişlidə görməyə şadam. Bu təkcə mənim deyil, “Mil Muğan” komandasının uğurudu. Baş məşqçimiz Aqil müəllim məni komandaya dəvət etdi və gəldim. Bundan sonra “Mil-Muğan”ın uğurları üçün çalışacağam.

– Vaxtilə Avropa Liqasında Milan “İnter”inə qarşı oynamış futbolçusan. Bu gün isə I Diviziondasan. Hisslər arasında hansı fərq var? Bundan əlavə, “Mil-Muğan”ın Premyer Liqaya yüksələcəyi barədə də söz-söhbətlər gəzir. Bununla bağlı fikirlərini bildirərdin.

I Divizionla Premyer Liqanı müqayisə etmək olmaz. Ustalıq səviyyəsi eyni deyil. İnfrastruktur cəhətdən də müqayisə etmək olmaz.  Amma əvvəlki illərə nisbətən bu il divizionda daha çox komanda var və daha keyfiyyətli komandalardır. “Mil-Muğan”nın PL-yə yüksəlməsi ilə bağlı məsələyə gəlincə, komanda uğurlu çıxış edirdi. Amma son zamanlar ardıcıl məğlubiyyətlər aldıq. Bunun da bəxtsizlik olduğunu düşünürəm.

– Ötən mövüm “Bakı”da, bu il “Şahdağ”da qardaşınla eyni komandada oynayırdın. İndi ondan ayrı qalmaq psixoliji cəhətdən çətinlik yaratmır ki?

– Tez-tez komanda dəyişmək təbii ki, yaxşı hal deyil. Bunun mənfi cəhətləri çoxdu, amma öyrəşməliyik. Futbol bundan ibarətdir. Mən əvvəl Avropa Liqasının qrup mərhələsində oynamışam. Amma keçmişlə yaşamaq lazım deyil. Gələcəyə baxmaq lazımdı. Oynadığın yerdə var gücünlə çalışmalısan ki, özünü yaxşı tərəfdən göstərməyi bacarasan.

– Seçimi sən etsəydin  kimin qolunu ən yaxşı seçərdin?

– Qolu vuranda düşünürdüm ki, 5 ən yaxşı qoldan birini vurmuşam. Amma qalib olacağımı bilmirdim. Bütün qollar yaxşı idi. Raul Yaqubzadənin, Vüsal Qarayevin qolları çox gözəl idi. Düşünmürdüm ki, qalib olaram, amma mənim qolum ən yaxşı seçildi. Mənə səs verən hər kəsə öz təşəkkürümü bildirirəm.

– İmişlidə yaşamaq çətin deyil?

– Yaşamaq cəhətdən çətindi, darıxdırıcıdı. Amma futbol baxımından hər şey yaxşıdı. Burada futbol üçün hər şey var. Klubun bazası yaxşıdı. Süni və təbii örtüklü meydanlarda məşq edirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43