Müsahibə

Kamran Abdullazadə: “Əlimizə düşən imkanlardan lazımınca yararlana bilmədik”

Bu gün Azərbaycan Premyer Liqasının 18-ci turunda “Sumqayıt” səfərdə “Neftçi”i ilə qarşılaşıb 1:0.

Matçdan sonra “Sumqayıt”ın futbolçusu Kamran Abdullazadə idmanxeber.com saytına müsahibə verib.

– Oyun haqqında fikirlərin…

– Sonadək mübarizə apardıq. Fikrimcə, yaxşı oynadıq, amma son dəqiqələrdə qol buraxdıq. Əlimizə düşən imkanlardan lazımınca yararlana bilmədik.  Çalışacağıq ki, növbəti oyunlara daha yaxşı hazırlaşıb xallar qazanaq.

– Bu oyunla turnir cədvəlindəki mövqeyinizi qoruyub, Avroliqaya vəsiqə qazana bilərsinizmi?

– Çalışacağıq ki, daha yaxşı nəticələr göstərək. Komandamız əzmkar oynayır. Hər oyundan ən azı bir xalla dönmək istəyirik. İstəyirik sonacan mübarizə aparıb, nəticələrimizi yaxşılaşdıraq və avrokuboklara vəsiqə qazanaq.

– Hava durumu oyununuza nə dərəcədə təsir etdi?

– Qarlı hava tam gücümüzlə oynamağımıza imkan vermirdi. Sürətli hücumlar təşkil etməkdə çətinlik çəkirdik. Xüsusilə, hücumlar zamanı daha çətin olurdu. Bu səbəbdən son nöqtəni qoya bilmirdik. Belə şəraitdə topla hərəkət etmək də çətin idi. Amma komanda sonacan vuruşdu. Sadəcə, bəxtimiz gətirmədi ki, xal qazanaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43