Ölkə futbolu

Kamran Abdullazadənin yeni klubu müəyyənləşdi

Bir müddət öncə "Sumqayıt"ın baş məşqçisi Samir Abasovla problemləri yaranan, bu səbəbdən əvəzedici heyətə göndərilən Kamran Abdullazadənin "kimyaçılar"la müqaviləni artırmayacağı dəqiqləşib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi karyerasını "Kəpəz"də davam etdirəcək. Hazırda komanda ilə danışıqlar aparan futbolçunun yaxın günlərdə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, ötən ilin iyun ayında komandaya transfer edilən K.Abdullazadənin müqaviləsi bu ay başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43