Dünya futbolu

Kamran Ağayev “Braqa”ya qarşı oynaya bilər

Portuqaliya Premyer Liqasında 21-ci turun görüşləri keçirilir.

Idmanxeber.com-un məlumatına görə, millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” bu gün meydana çıxacaq. “Panteralar” “Braqa”nı qəbul edəcək.

17-ci turda “Benfika” ilə səfər oyununda rəqib oyunçularla dava edən və buna görə yerli federasiya tərəfindən 3 oyunluq cəza alan Kamranın cəzası artıq başa çatıb. Millimizin qolkiperi baş məşqçi Leal Migel şans verəcəyi təqdirdə, “Braqa” ilə oyunda “çərçivə”dəki yerinə qayıda bilər.

Qeyd edək ki, “Boavişta” – “Braqa” görüşü Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43