Kateqoriyasız

Kamran Ağayev bu dəfə izlədi, komandası qələbə qazana bilmədi

Türkiyə Kubokunun 1/4 final mərhələsinə start verilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" "Sivasspor"u qəbul edib.

Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1

Son iki çempionat matçında meydana çıxan və uğurlu oyunu ilə yadda qalan Ağayev bu dəfə start heyətində yer almayıb. Sivas klubu ilə oyunda qapını Kayacan Erdoğan qoruyub. 

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 7-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43