Müsahibə

Kamran Ağayev: “Bu mənə gülməli gələr” (MÜSAHİBƏ)

Milli komandamızın qapıçısı Kamran Ağayev İdmanxeber.com-a müsahibə verib:

–         Hazırlıqlar necə gedir?

–         Bizi qarşıda Malta ilə oyun gözləyir. Qələbə üçün çıxacağıq meydana. Malta zəif rəqib deyil. Bizim futbolçular əvvəlki kimi heç bir komandaya zəif rəqib gözü ilə baxmırıq. Malta da bizimlə eyni səviyyədə olan komandadı. Biz onlardan artıqıq, nəinki zəif. Öz meydanımızda oynayırıq, xalqımızı sevindirməyə çalışacağıq.

–         Müsahibələrin birində bildirmişdin ki, zədəm var və ağrayıram.İndiki vəziyyətin necədi?

–         Şükür Allaha hər şey yaxşıdı. Ağramıram.

–         Səlahət Ağayev xəstələndiyinə görə millidən kənarda qaldı. Bunu sənin üçün əsas heyətdə oynamağına fürsət saymaq olar?

–         Əsas heyətdə kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verir. Bura millidi, bunu hər dəfə demişəm ki, hələ indidən bilinmir ki, əsas heyətdə kim olacaq. Slahətin xəstələnməsi yaxşı hal deyil. Amma həyatdı hər şey olur. Əvəzolunmayan futbolçu da yoxdu. Əsas heyətdə kim çıxacağıq o da oynayacaq, əsas odu Azərbaycan qalib gəlsin.

–         Prosineçki demişdi ki, mənim üçün bir nömrə Səlahət Ağayevdi…

–         Düz deyir də. Onun fikri odu.

–         Yoxlama görüşündə Maltaya 3:0 hesabı ilə qalib gəlmişdik….

–         Bu keçmişdə qalıb. Köhnədə nə olmusan, bilinmir, indiki vəziyyətin lazımdı.

–         Azarkeşlərə qələbə sözü verə bilərsiz?

–         Hər şeyh Allahın  əlindədi. Biz əlimizdən gələni edəcəyik. Biz ümid veririk. Ancaq hər şey Allahın əlindədi. Biz əslində Maltanı udmalıyıq. Udmasaq gülməli olacaq, məğlubiyyət mənim üçün faciə sayılacaq. Rusiya və Şimali irlandiya kimi ölkələrdən xal ala biliriksə,  Maltanı udmağa borcluyuq.

Oxşar xəbərlər

Ramin Musayev: “Hansı klubun lisenziyası, bankdan təminat məktubu olacaqsa, Premyer Liqada iştirak edəcək” – MÜSAHİBƏ

admin

Ruslan Abışov etiraf etdi: “Bu qrupdan “Borussiya” ilə “Krasnodar” çıxacaq” (MÜSAHİBƏ)

admin

Kamran Ağayev: “Şəxsi suallar bizi üzür”

admin