Ölkə futbolu

Kamran Ağayev Falvinyonu pislədi, “Xəzər Lənkəran” fanatlarından danışdı

Azərbaycan milli komandasının və “Bakə” futbol klubunun bior nömrəli qolkoperi Kamran Ağayev Premyer Liqada çıxış edən futbolçular arasında xoşlamadığı oyunçunun adını açıqlayıb.

Sabiq “Xəzər Lənkəran”lı “Neftçi”nin braziliyalısı Falvinyonu bəyənmədiyini açıqlayıb. Buna səbəb onun tez-tez yerə yıxılaraq hakimi aldatmasını göstərib.

Sonda Ağayev “Xəzər Lənkəran”lı azarkeşlər haqda da danışıb:

“Onlar fikrimcə ən yaxşı azarkeşdilər. Lənkəranda çıxış edərkən elə bil Avropada oynayırsan. Stadionu doldururlar, dəstək olurlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43