Kateqoriyasız

Kamran Ağayev “Kayserispor”la növbəti matçına çıxır

Bu gün Türkiyə PTT birinci liqasında 27-ci tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycna milli komandasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” səfərdə “Alanyaspor”la üz-üzə gələcək.

Son oyunlarda uğurlu çıxışı ilə özündən söz etdirən Kamranın bugünkü matçda da meydana çıxması gözlənilir.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Kayserispor” hazırda 56 xalla turnir cədvəlinə liderlik edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43