Milli komanda

Kamran Ağayev: “Kimsə kimisə millidən qova bilməz”

“Mən azarkeşləri söyməmişəm. Əslində mən demişəm ki, “Xəzər Lənkəran” azarkeşləri ürəyimdədi”. Söyüş söyməmişəm. Sadəcə bəzi insanlar var ki, ağızlarının danışığını bilmirlər. 3 ildir “Xəzər Lənkəran”dan ayrılmışam, eyni aqibətlə üzləşirəm. Və dedim ki, kim mənə nə tərzdə söyürsə, özünə qayıtsın, sonra normal şəkildə fanatlarla ayrıldıq. Soyunub-geyinmə otağından gec çıxdım və açıqlama da vermirəm. Bu da normaldı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Kamran Ağayev deyib.

Əyalət klubunun qapıçısı millimizin məşqçisi Mahmud Qurbanovun məlum açıqlamasına da münasibət bildirib:

“Biz Mahmudla birgə futbolda oynamışıq. Onun fikridi bu. Heç kim heç kimi millidən qova bilməz. Uzaqlaşdıra bilər. Baş məşqçi məni əsas heyətdə qoymadısa bu onun işidi. Millinin məşqinə şəxsi problemlərin olması ilə gəlmədim. İcazə almışdım rəhbərlikdən. Mahmud Qurbanovla heç bir problemim yoxdu: salam, sağol”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43