Ölkə futbolu

Kamran Ağayev: “Millidə məni tənqid edənlər rəqib klubun azarkeşləridir”

Topaz Premyer Liqasının VIII turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, “Keşlə” komandası öz meydanında “Zirə”ni məğlub edərək cari mövsümdə ilk qələbəsini qazanıb. Oyundan sonra ev sahibi komandanın qapıçısı Kamran Ağayev jurnalistlərin suallarını cavablayıb. O, əvvəlcə oyun barəsində fikirlərini bildirib:

“Təbii ki, çətin oyun oldu. Ümumiyyətlə, asan heçnə olmur. Bu oyundan öncə turnir cədvəlində sonuncu sıradaydıq, buna görə üzərimizdə çox təzyiq var idi. Qələbə bizim üçün çox yaxşı oldu. İlk hissədən sonra hesabı qorumaq üçün oynadıq. Rəqibin də yaxşı imkanları oldu. Biz də onları əks-hücumda yaxalmaq istəyirdik. Qalib gəldiyimiz üçün xoşbəxtik. İstənilən halda çatışmayan cəhətlərimiz var. Bunların üzərində çalışmalıyıq”.

-Millinin oyunlarından sonra kifayət qədər tənqid olundun. Buna münasibətin necədir ?

-Yəqin ki, sizin futboldan başınız çıxır.  Qol epizodlarında mənim hansı səhvlərim var idi ? Bu cür şeyləri yazanlar digər klubların azarkeşləridır. Onlar istəyirlər ki, millidə öz azarkeşlik etdikləri klubun qapıçısı oynasın. Buna görə də məni yerli-yersiz tənqid edirlər.

-Farer adaları ilə oyunda bir-iki epizdodda çıxışda səhvə yol vermişdin. Bəlkə buna görə tənqid olunursan ?

-Çıxışda səhv etməmişdim. Orada Rüfət mənim əlimə toxundu. Əvvəlcə rəqib oyunçunun etdiyini düşünüb, hakimə etiraz etdim. Ancaq sonra öz komanda yoldaşımın olduğunu anladım. O, əlimə toxunduğu üçün topun istiqaməti dəyişərək məni yanıltdı. İkinci epizodda isə ayağım sürüşdüyünə görə topu tuta bilmədim. Yenə deyirəm, məni tənqid edənlərin əksəriyyəti rəqib klublara azarkeşlik edənlərdir. Mənim dəfələrlə yaxşı çıxışlarım olub. Ola bilər ki, insanların məndən gözləntiləri böyükdür. Bunu başa düşürəm. Ancaq nəzərə alsınlar ki, mən də insanam. Mənim də səhvlərim ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Kubokun finalına nə qədər bilet satılıb?

admin

Nelson Bonilya Azərbaycan klubunda?

admin

“Neftçi” üzərində qələbə kapitan itkisi ilə nəticələndi

admin