Kateqoriyasız

Kamran Ağayev: “Mümkündür ki, “Kayserispor”a qayıdım, amma Rusiyadan da təklif var”

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev gələcək karyerası ilə bağlı planlarından danışıb. Türkiyənin “Kayserispor” klubu ilə müqaviləsinin müddəti başa çatdığı üçün vətənə qayıdan futbolçu saytına açıqlamasında bunları söyləyib:

“Təəssüf ki, hələ də əlimdə ağrılar var. Mövsümün son oyununda meydana çıxa bilərdim, amma risk etmək istəmədim. Ağrılara baxmayaraq, son on gündə komanda ilə birgə məşq edirdim. Çünki yığmamızın qarşıdakı oyunlarına da hazırlaşmağım lazım idi. Artıq Bakıya qayıtmışam. Burada yığmamızın qapıçılarla iş üzrə məşqçisi Faiq Əzizovun rəhbərliyi altında hazırlaşacağam. Gələcək karyerama gəlincə, bu işlərlə menecerim məşğul olur. Mümkündür ki, yenidən “Kayserispor”a qayıdım. Amma Super Liqanın başqa klublarına keçmək variantı da var. Həmçinin Rusiya Premyer Liqasında çıxış edən klubların birindən də təklif var”.

azerisport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43