İdman

Kamran Ağayev Portuqaliya çempionuna qarşı

Portuqaliya çempionatında XI turun növbəti oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” son çempion “Sportinq”i qəbul edəcək.

Bakı vaxtı ilə saat 22:15-də başlayacaq matçda Kamranın start heyətində meydana çıxacağı gözlənilirsə, Eminin debüt etmək şansı az görünür.

Qeyd edək ki, X turdan sonra “Boavişta” 13 xalla 8-ci, pillədə qərarlaşıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43