Ölkə futbolu

Kamran Ağayev rəsmən “Mlada Boleslav”lı oldu

Çexiyanın “Mlada Boleslav” klubu millimizin qapıçısı Kamran Ağayevi transfer etdiyini rəsmən elan edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı qolkiperlə 2017/2018 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Ağayevin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubu ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.

Kamran son olaraq Portuqaliyanın "Boavişta" kolletivində çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43