Ölkə futbolu

Kamran Ağayev rəsmən “Qəbələ”də

“Qəbələ” daha bir futbolçunun keçidini rəsmiləşdirib. 

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev karyerasını “Qəbələ”də davam etdirəcək.

Qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.  1986-cı ildə anadan olan Ağayev futbolçu karyerasına 2003-cü ildə paytaxt təmsilçisi “Şəfa”da başlayıb.

Kamran daha sonra “Turan” (2004-2006), “Xəzər-Lənkəran” (2006-2013) və “Bakı”nın (2013) şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43