Ölkə futbolu

Kamran Ağayev “Sumqayıt”la münasibətlərini rəsmiləşdirdi

“Sumqayıt” Futbol Klubu daha bir futbolçu ilə güclənib. 

İdmanxeber.com-un məlumatına görə, “kimyaçılar” yığmamızın qapıçısı Kamran Ağayevi heyətinə qatıb. 


30 yaşlı qolkiper komanda ilə 1 illik müqavilə imzalayıb.

2008-ci ildən Azərbaycan millisinin şərəfini qoruyan Kamran Ağayev yığmamızla 60 dəfə meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43