Ölkə futbolu

Kamran Ağayev üçün mövsüm erkən bitdi

Dünən Topaz Premyer Liqanın 22-ci turunun “Neftçi” ilə oyununda (0:1) zədələnən “Keşlə”nin kapitanı Kamran Ağayevin durumuna aydınlıq gəlib.

Həkimlər təcrübəli qapıçının təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağını bildiriblər. Bu isə o deməkdir ki, Kamran üçün bu mövsüm vaxtından əvvəl başa çatıb. Onun iyun ayında millimizin “Avro-2020″nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə Bakıda keçirəcəyi matçları da buraxacağı istisna olunmur.

Qeyd edək ki, “Neftçi” ilə oyunun 28-ci dəqiqəsində zədələnən Ağayev Davud Kərimi ilə əvəzlənib. O, bir müddət öncə dizindən də zədə almışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43