Dünya futbolu

Kamran Ağayev və Emin Mahmudov “Portu”ya qarşı oynayacaq?

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün Portuqaliya çempionatında 23-cü turun oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, "Boavişta" öz meydanında “Portu”nu qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 00.15-də başlanacaq.

Emin Mahmudov zədəli olduğundan Portu derbisini buraxacaq. Mahmudov 1 həftəyə geri dönəcək. Kamran Ağayevin isə qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43