Kateqoriyasız

Kamran Ağayev yenə dilini dinc tutmadı: qapıçı Flavinyoya Ronaldodan ibrət götürməsini məsləhət gördü

Biraz öncə yekunlaşan “Bakı” – “Neftçi” matçında maraqlı bir hadisə baş verib.

Belə ki,  qonaqların futbolçusu Flavinyo oyunun gedişində penalti qazanmaq üçün cərimə meydançasının içərisində özünü yerə atıb. Braziliyalı futbolçunun bu hərəkəti isə “Bakı”nın qapıçısı Kamran Ağayevi yaman əsəbləşdirib. 

Nəticədə qapıçı braziliyalı futbolçuya yaxınlaşaraq “Sən get bax, gör Ronaldo necə oynayır, sonra penalti tələb et” – deyib.

Qedyd edək ki, qarşılaşma “Bakı”nın böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43