Milli komanda

Kamran Ağayev: “Yığmaya çağırılanlar təsadüfi futbolçular yox, seçilmişlərdi”

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Qazaxıstanla bu gün keçiriləcək yoldaşlıq görüşü öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Müsahibədə qolkiper qarşılaşmanın önəmindən bəhs edib.

– Əvvəlcə bugünkü oyunla bağlı fikirlərinizi bildirərdiniz

– Toplanış yaxşı keçdi. Hər şey istədiyimiz kimidi. Zədəli futbolçumuz yoxdu. Xırda problemlər var, onları da həll edəcəyik. Matça yaxşı hazırlaşmışıq. Bilirik ki, nəticə verməliyik. Yoldaşlıq oyunu da olsa, maksimum nəticə əldə etmək istəyirik. Həm də çalışacağıq baxımlı futbol göstərək.

– Yoldaşlıq oyununa motivasiya nə dərəcədə yüksəkdi?

– Hər kəs özünü yaxşı tərəfdən göstərməyə çalışır ki, start heyətinə düşsün. Yoldaşlıq oyunu olsa da, millinin heyətində meydana çıxacağımızın fərqindəyik. Yığmaya cəlb olunanlar adi, təsadüfi futbolçular yox, seçilmişlərdi. Kim start heyətində meydana çıxsa, əlindən gələni etməlidi.

– Millinin toplanışı və ölkə çempionatının qrafiki yüklənməyinizə səbəb olmur ki?

– Hesab edirəm ki, böyük futboldasansa, yüklənmədən söhbət gedə bilməz. Bədən alışmalı, “vuruşmalıdı”. Əlbəttə ki, çətindi. Öyrəşmədiyimiz hallardı. Amma bəslənməyə fikir vermək lazımdı. Hər halda, belə oyunlar bizə lazımdı.

– Qazaxıstanın oyununu təhlil etmisinizmi?

– Baş məşqçi rəqibi təhlil edib və bununla bağlı bizə göstərişlərini verib. Burdakı oyunçuların hamısı start heyətində meydana çıxa bilməz. Ancaq kimə şans verilsə, məşqçilərin 

Newsport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43