Dünya futbolu

Kamran Ağayev zədələndi

Portuqaliyanın "Boavişta" klubunda çıxış edən milli komandamızın qolkiperi  Kamran Ağayev zədələnib.

İdmanxəbər.com-un məlumatına görə, təcrübəli qolkiperimiz bir müddət yaşıl meydanlardan kənarda qala bilər.

Hələlik onun durumuna tam olaraq aydınlıq gəlməyib. Zədənin nə qədər ciddi olub-olmaması rentgen müayinəsindən sonra bilinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43