İdman

Kamran Ağayevi 4 dəfə məyus etdilər

Millimizin qapıçısı Kamran Ağayev çıxış etdiyi “Mlada Boleslav”ın heyətində növbəti oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə,Praqa təmsilçisi “Dukla” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:1 hesablı darmadağını ilə yekunlaşıb.

Start heyətində yer alan Ağayev əvəzlənmədən meydanda olub.

Qeyd edək ki, 15 oyundan  17 xalı olan “Mlada Boleslav” 10-cu yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43