Kateqoriyasız

Kamran Ağayevin derbidə niyə oynaya bilməməsi bəlli oldu

PTT I Lİqasında 29-cu turun qarşılaşmasında “Kayserispor” səfərdə “Osmanlıspor”la qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, Kayseri klubunda forma geyinən millimizin qapıçısı Kamran Ağayev derbi matçı buraxmalı olub. Kamranın çətin səfərdə komandasına kömək edə bilməməsinin səbəbi zədələnməsi olub. Belə ki, oyun öncəsi isinmə hərəkətlərini yerinə yetirərkən təcrübəli qolkiper məşqçilər heyətinə ayağında ağrılar hiss etdiyini bildirib. Məşqçilər heyəti də həkimlərin məsləhəti ilə futbolçumuzun oynamasına icazə verməyib.

Məhz buna görə də Kamranın adı son anda “18”likdən çıxarılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43